Azərbaycan ОРЕK-in iclasında iştirak edəcək
Azərbaycan təmsilçiləri Vyanaya neft ixrac edən ölkələr təşkilatının (ОРЕK) iclasında iştirak edəcək. Oktyabrın 21-də neft kartelinə daxil olmayan 7 ölkə - RF, Qazaxıstan, Braziliya, Kolumbiya, Norveç Meksika və Oman da iclasa qatılacaq.
Venesuela neft naziri Euloqio del Pino bildirib ki, geniş formatda görüşdə neft ixracatçıları texniki məşvərət keçirəcək. “Təşkilatın və qeyri-OPEK ölkələrindən olan neft ekspertlərinin texniki konfransı keçiriləcək”, - deyə Küveytin neft naziri Əli əl Omair xəbəri şərh edib.
Bu, yeni təşəbbüs deyil. Əvvəllər Rusiyanın energetika naziri Aleksandr Novak bəyan etmişdi ki, ölkəsi OPEK və bura daxil olmayanlarla bazarı və «ədalətsiz qiymətləri» müzakirə etməyə hazırdır. --17D—
-
- Cəmiyyət
- 15 Oktyabr 2015 17:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz