Azərbaycan qeyri-müəyyən müddət üçün RF-yə qaz nəqlini dayandırıb
Azərbaycan yanvarın 13-dən etibarən texniki səbəblərdən Rusiyaya qaz nəqlini dayandırıb. Qaz nəqlinin nə vaxt bərpa ediləcəyi məlum deyil, bu barədə “Praym” agentliyinə “Qazprom” ASC-dən bildiriblər.
“Qaz nəqli yanvarın 13-də saat 10-da dayandırılıb. Onlar səbəbin texniki olduğunu bildiriblər, müddət məlum deyil”, deyə agentliyin həmsöhbəti bildirib.
Azərbaycan qaz nəqlini dayandırana qədər Rusiyaya gündə 3 milyon kubmetr qaz nəql edirdi.
İlkin qiymətləndirmələrə görə, 2013-cü ildə Azərbaycandan Rusiyaya təbii qaz nəqlinin həcmi 31,5% - 1,37 milyard kubmetrə qədər azalıb.
2009-cu ilin oktyabrında “Qazprom” və SOCAR Azərbaycan qazının alış-satış müqaviləsini imzalayıblar. Müqavilə üzrə qaz nəqlinə 1 yanvar 2010-cu ildə başlanılıb. 2012-ci ilin yanvar ayında “Qazprom” və SOCAR qüvvədə olan müqaviləyə əlavə imzalayıblar. -12D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz