Azərbaycan SME polisy index-in vacib parametrləri üzrə sonuncu yeri tutur
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta sahibkarlıq sahəsində hökumət siyasəti ilə bağlı hesabat və xüsusi indeksi (SME polisy index) açıqlayıb.
Bu il Azərbaycan SME polisy index-in iki əsas parametri üzrə sonuncu yeri tutub (http://goo.gl/z8Zr6w).
OECD ekspertləri hesab edir ki, hökumət rəqabətsiz və qapalı dövlət satınalmalarına yox, açıq tenderlərə üstünlük verməlidir. Bu satınalmalar kiçik və orta sahibkarlıq üçün bərabər imkanlar təmin etməlidir. Bu parameter üzrə Gürcüstan 4,06 balla 1-ci, Azərbaycan 2,42 balla sonuncu - 6-cı yerdədir.
Maliyyə resurslarına əlçatanlığıa görə yenə Gürcüstan 3.76 balla birinci, Azərbaycan sonuncu yerdə qərarlaşıb.
İqtisadçı Rövşən Ağayevin fikrincə, iqtisadi inkişafın dayanıqlılığı və böhrana davamlılığı ölkələrdə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır. Kiçik və orta sahibkarlığın zəif olduğu ölkələrin böhrana “immuniteti” çox zəif olur. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də, məşğulluqda payı 50%-dən az deyil, hətta bəzi ölklərdə 70-80% intervalında dəyişir.
Ekspert Ağayevin sözlərinə görə, Azərbaycanda kiçik sahibkarlğın ÜDM-də payı cəmi 3%-dir. Orta sahibkarlığın statistikası (bəlkə, orta sahibkarlıq olmadığına görə) ümumiyyətlə yoxdur, deyə Ağayev bildirir. 08D
-
- İqtisadiyyat
- 14 May 2016 10:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz