Azərbaycan tibb şirkətinin «əkiz qardaşı» ləğv edilib
“Araş Medikal” MMC ləğv edildiyini bildirib. Şirkət tibb avadnalığı və texnikası tədarükü ilə məşğul olurdu.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ötən il şirkət Səhiyyə və Daxili İşlər nazirliklərinin sifarişi ilə 560,5 min manatlıq tibb avadnalığı, laboratoriya ləvazimatı və s. gətirib. 2012-ci ildə bu cür müqavilə həcmi 733 min manat olub.
2007-ci ildən fəaliyyət göstərən “Araş Medikal” MMC-nin «əkiz qardaşı» - “Arash Medical Company” onun işini davam etdirəcək. Hər iki şəxsi eyni şəxs – Cavid Əsədov təsis edib. Şirkətdə Turan-a deyiblər ki, şirkət təsisçinin qərarı ilə ləğv edilir.
İkinci şirkət 2011-ci ildə yaradılıb. 2012-ci ildə “Arash Medical Company” MMC-nin tədarük həcmi 2,7 mln manat olub.
2013-cü ildə 50 dünya şirkəti ilə distribütor və diler sazişi olan “Arash Medical Company” formal tenderlərlə Səhiyyə Nazirliyinin və onun strukturlarının eksklüziv tədarükçüsü olub. Sifariş həcmi 61 mln manat olub. Şirkət bir çox dövlət obyektlərini, o cümlədən Bakı Sağlamlıq Mərkəzini (8 mln manat), Cəlilabad (5 426 min manat), Ağcabədi (4 888 min manat), Yevlax (7 386 min manat), Lənkəran (4 120 min manat), Sumqayıt (4 039 min manat) xəstəxanalarını, Bakının bir sıra poliklinikalarını tibbi avadanlıqla təchiz edib. 08B
-
- Siyasət
- 13 Yanvar 2014 16:04
-
- Sual-cavab
- 13 Yanvar 2014 16:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz