Azərbaycan ticarət gəmilərinin dedveyti 100 min ton azalıb
2014-cü ildə dəniz nəqliyyatına 142,5 mln manat investisiya qoyulub. Bu, əvvəlki ildəkindən 14,7 dəfə çoxdur. Köhnə flotiliyanın bir hissəsi ləğv edilib.
Dövlətstatkomun məlumatına görə, ötən il «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin gəmilərinin sayı 82-dən 63-ə azalıb. Gəmilərin ümumi dedveyti 2015-ci ilin əvvəli üçün 378,6 min ton olub. Bu, 2013-cü ildəkindən 100 min ton azdır.
Dəniz nəqliyyatına investisiyalar 2013-cü ildən 582,3 mln manata çatıb. Son 4 ildə yük daşımaları həcmi 20,8% azalıb və 2014-cü ildə 10 mln ton olub.
2014-cü ildə XDG ziyanla işləyib. Bu tendensiya 2013-cü ildən başlayır. Yük və sərnişin daşınmasına 2014-cü ildə 119 mln manat xərclənib, 102,3 mln manat gəlir əldə edilib. 2013-cü ildə ziyan 10 mln manata çatıb.
Son iki ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin işçilərinin sayı 10 460-dan 8291 nəfərə azalıb. 2014-cü ildə dənizçilərin orta maaşı (777 mant) 3,4% artıb. -08B-
-
- Söz istəyirəm
- 14 Avqust 2015 00:35
-
- İqtisadiyyat
- 14 Avqust 2015 02:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz