Əmanətçilərin etimadsızlığı üzündən banklar yarım ildə 800 mln manat itirib
Azərbaycan bankları I yarımildə depozit hesabına nağd şəkildə 374 mln 324 min manat (1,97 dəfə az, ötən ilin 1 iyulu üçün 738 mln 299 min) qəbul edib.
Amma Mərkəzi Bankın hesabatına görə, depozitlər üzrə ödənişlər 1,89 dəfə artıb - 918 mln 560 min (ötən il 487,01 mln manat). Yəni fevral devalvasiyası nəticəsində banklar əmanətçilərin etimadsızlığı üzündən 795,53 mln manat itirib. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2015 02:39
-
- İqtisadiyyat
- 14 Avqust 2015 02:44
İqtisadiyyat
-
Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2024-cü ildə 126,3 milyard manat təşkil edərək, əvvəlki illə müqayisədə 3 milyard manat və ya 2,4% artım göstərib. Bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. 2023-cü ildə nominal ÜDM 123 milyard manat səviyyəsində idi.
-
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, 2024-cü il dekabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda muzdlu işçilərin ümumi sayı 1,775 milyon nəfər təşkil edib ki, bunun 884,400 nəfəri dövlət sektorunda, 890,900 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Bu göstərici yeddi il əvvəl hökumətin qarşıya qoyduğu iddialı hədəflərdən xeyli aşağıdır və xüsusilə gənclər arasında məşğulluq imkanları ilə bağlı narahatlıqları artırır.
-
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 2024-cü ilin yanvar-noyabr aylarında dünyanın 176 ölkəsindəki tərəfdaşlarla ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac edib, 167 ölkədən isə idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
-
Pərakəndə ticarət dövriyyəsi 2024-cü ildə real ifadədə 3,9% artaraq 62,2 milyard manata çatıb, Dövlət Statistika Komitəsinin məlumatı göstərir. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 34,1 milyard manat, qeyri-ərzaq malları isə ümumi məbləğin 28,1 milyard manatını təşkil edib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 237
Rəy yaz