Azərbaycan və ABŞ açıq səma üzrə saziş imzalayıb
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılması üçün "Open skies" açıq səma üzrə saziş imzalayıblar.
Rəsmi məlumata görə, "Open Skies" sazişi dövlətin aviaşirkətlərin marşrutlar və qiymət formalaşdırma ilə bağlı kommersiya qərarlarına müdaxiləsinin aradan qaldırılmasını nəzərdə tutur. Bu isə operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha əlçatan və səmərəli xidmətlər göstərməyə fürsət verəcək.
Xatırladaq ki, əvvəllər ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana «А» aviasiya təhlükəsizliyi kateqoriyası verib. Bundan sonra 23 sentyabrda 2014-cü ildə AZAL Bkıdan Nyu-Yorka və geriyə həftdə iki dəfə reys açılıb. Uçuşlar Boeing-787-8 Dreamliner təyyarələri ilə həyata keçirilir. --17D—
-
- İqtisadiyyat
- 6 Aprel 2016 14:06
-
- İqtisadiyyat
- 6 Aprel 2016 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz