Azərbaycanda vergidən yayınma total xarakter daşıyır
Vergilər nazirin müavini Sahib Ələkbərov bu gün jurnalsitlərlə keçirilən mətbuat konfransı zamanı bildirib ki, dövlət büdcəsinə vergi borcunun həcmi aprelin 1-i üçün 1,6 mlrd manat təşkil edib.
Onun sözlərinə görə, bu, ilin əvvəlindəkindən üçdə bir və ya 800 mln azdır. «Təəssüf ki, hələlik vergidən total yayınma ilə mübarizə çətindir – vergi yoxlamalarının 99%-i onları aşkarlayır, müqəssirlər inzibati məsuliyyətə cəlb dilir, yəni vergi mədəniyyəti aşağıdır», - deyə o qeyd edib.
Məmur deyib ki, vergi ödəməyi hətta neft hasilatı sahəsində də «unudurlar». Amma ödəniş etməmək üzrə «çempionlar» tacirlər, ictimai iaşə təmsilçiləri, inşaatçılar, şou-biznes nümayəndələridir.
Nazir müavininin sözlərinə görə, nağdsız hesablaşmaya aktiv şəkildə keçilsə, vergi orqanlarına qeydiyyat yoxlansa, vergidən yayınma da azalacaq.
«Nağdsız hesablaşmalarla bağlı təkliflərimizi vermişik. Bu zaman ƏDV-i 9%-ə endirməyi təklif edirik və təşəbbüsün qəbul edilməsini gözləyirik», - deyə o bildirib. --17D—
-
- Söz istəyirəm
- 6 Aprel 2016 13:58
-
- İqtisadiyyat
- 6 Aprel 2016 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz