trend
Azərbaycan və Qətərin aviasiya hakimiyyətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Dekabrın 13-də "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səfərin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın müzakirə edilməsidir.
Cahangir Əsgərov deyib ki, AZAL və Qatar Airways aviaşirkətləri arasında tarixən isti münasibətlər yaranıb və “həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə mövcud deyil”.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qatar Airways aviaşirkəti Dohadan Bakıya reyslərə 2012-ci ildə başlayıb. Dohadan dünyanın 150 şəhərinə çarter reysləri həyata keçirilir. Bakı-Doha-Bakı marşrutu ilə uçuşlar hər gü yerinə yetirilir. Bir istiqamətə biletin minimal qiyməti 707 manatdır. Amma bir çox çarter reysləri üzrə biletin qiyməti xeyli ucuzdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz