economy.gov.az
Azərbaycan və Rusiya sahibkarları Gəncədə görüşəcək
Bakı/09.07.18/Turan: İyulun 7-də Bakıda İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun görüşündə ikitərəfli münasibətlərin genişləndirilməsi məsələsi müzakirə olunub.
Tərəflər bu ilin sentyabr ayında Gəncədə keçirilməsi nəzərdə tutuluan IX Azərbaycan-Rusiya Regionlararası Forumu barədə fikir mübadiləsi aparıb.
Forumun təşkil edilməsi üçün İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən 227,4 min manat (133,700 ABŞ dolları) ayırıb. Bu iş yanvar ayında yaradılmış "S.A Servis" şirkətinə həvalə edilib.
2018-ci ilin beş ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 24% artıb. İki ölkənin hökumətlərarası komissiyasının 17-ci iclası ilin sonuna planlaşdırılır. 08D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz