Azərbaycana sığorta ombudsmanı lazımdırmı?
Dünya Bankı sığortanı vətəndaş cəmiyyətinin kütləvi institutu etməyə kömək edəcək.
Bankın İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin maliyyələşdirdiyi "İstehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığı" texniki yardım layihəsi çərçivəsində layihəsi çərçivəsində Azərbaycanda sığorta ombudsmanı təsis edilə bilər.
Son qərarı vermək tezdir, amma Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşları sığorta ombudsmanı institutunun yaradılması üzrə qabaqcıl ölkələrin təcrübəsini öyrənir, - deyə qurumun rəhbəri Namiq Xəlilov Turan-a bildirib.
Onun sözlərinə görə, bu gün vətəndaşlardan sığorta şirkətlərinə qarşı çoxlu şikayətlər (xüsusən icbari növlər üzrə) gəlir və yeganə həll yolu məhkəmədir. Vətəndaşların hüquqlarının müdafiəsi qurumunun yaradılması məhkəmələrin işini azaldar, bu sahəni maliyyəçilərin əlinə verər.
Ötən il (məhkəmələr hesaba alınmadan) Xidmət vətəndaşların şikayətləri əsasında sığorta hadisələri üzrə sığorta şirkətlərinin 200 min manatdan çox ödəniş etməsini təmin edib. -17D -
-
- İqtisadiyyat
- 1 Mart 2013 14:18
-
- İqtisadiyyat
- 1 Mart 2013 14:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz