Muğanbank kapitalını 3 mln manat artırır
"Muğanbank" ASC kommersiya bankı nizamnamə kapitalını 3 mln manat və ya 7,99% artırır.
Bakı Fond Birjasının məlumatına görə, nominalı 200 manat olan 15 min adi sənədsiz adlı səhmin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb.
Prospektə əsasən, yerləşdirmə Bakı Fond Birjasında kütləvi abunə yolu ilə olacaq. Anderrayter "Texnika Kapital Menecment" MMC-dir.
Hazırda Muğanbank-ın nizamnamə fondu 28,31 mln manatdır. Bankın əsas səhmdarı Müşahidə Şurasının sədri Elmir Mehdiyevdir (65,50%). --15B--
-
- Siyasət
- 1 Mart 2013 14:05
-
- İqtisadiyyat
- 1 Mart 2013 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz