Azərbaycanda 17 min qeydiyyatdan kənar qastarbayter var
2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artıb. Fondun məlumatına görə, onların sayı 17 098 nəfərə yüksəlib. Ötən il yanvarın 1-i üçün onların sayı 13 min 876 nəfər idi.
Ölkədə 100 ölkədən əcnəbi çalışır. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 848 nəfərini Türkiyə vətəndaşları, 1 881 nəfərini Gürcüstan vətəndaşları, 904 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir.
Ardınca İran İslam Respublikası (560), Hindistan (422), Çin Xalq Respublikası (404), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (247), Özbəkistan (199), və s. gəlir.
Fondun məlumatına görə, əcnəbilərin 89,8 faizini kişilər, 10,2 faizini isə qadınlar təşkil edir.
2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir. Ekspertlərin fikrincə, qeydiyyata alınan işçi qüvvəsi real göstəricidən xeyli azdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz