Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası qeydiyyata alınıb
Bu ilin I yarısında Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası qeydiyyata alınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytının məlumatına görə, bunun 20 min 865-i dövlət orqanlarının əməkdaşlarına məxsusdur. Vətəndaşlar 7 min 595, hüquqi şəxslər 6 min 137 “e-imza”ya malikdir
Nazirliyin məlumatına görə, indiyədək elektron xidmətlərlə bağlı müraciətlərin sayı 12 mln 771,853 min, müraciət edən vətəndaşların ümumi sayı 2 mln 77,613 min nəfər təşkil edib.
2015-ci il iyulun 1-i üçün 245,458 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
Bu ilin iyun ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub. --17D—
-
- Söz istəyirəm
- 11 İyul 2015 13:25
-
- İqtisadiyyat
- 11 İyul 2015 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz