«Bank Silk Way»in səhmləri 3,5 manat bahalanır
«Bank Silk Way» ASC nizamnamə kapitalını artırır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, (http://www.scs.gov.az/n500/bank_silk_vey_asc_adi_senedsiz_adli_sehmleri_dovlet_qeydiyyatina_alinmisdir), dünən bankın səhm emissiyası qeydiyyata alınıb. Amma əlavə emissiya olmayacaq. Səhmlərin nominal qiyməti artırılacaq..
Növbəti konvertasiya onların (679 230 ədəd) qiymətini 3,5 manat (+2,4%) artırmağa imkan verəcək. Bundan sonra 1 səhmin qiyməti 149,5 manat olacaq.
Emissiya ödəniləndən sonra «BankSilkWay»in nizamnamə kapitalı 99 mln 167,58 min yox, 101 mln 544 min 885 manat olacaq.
«Bank Silk Way» ASC 2008-ci ildən fəaliyyət göstərir. Səhmdarları 2 fiziki və bir hüquqi şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 11 İyul 2015 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz