Azərbaycanda 42 logistika mərkəzi fəaliyyət göstərir
İqtisadiyyat naziri Şahin Mustfayev «Azərbaycan» qəzetinə bildirib ki, ölkədə meyvə, tərəvəz, toxum və başqa məhsulların tədarükü və saxlanması üçün planlaşdırılan 52 logistika mərkəzindən 42-i fəaliyyət göstərir.
Bu, SKMF-nin xətti ilə ayrılan güzəştli vəsait hesabına mümkün olub. 2009-cu ildən bu məqsədlə 161 mln manat ayrılıb. O deyib ki, 330 min ton həcmində logistika mərkəzi planlaşdırılıb, hazırda 241 min tonluq həcm istismara verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılıb. Agentləri 59 bank və BOKT-dir. Ötən il sahibkarlara 295 mln ayrılıb, bunun 248,5 mln-u mənimsənilib. Bu il bu məbləğ 220 mln manat təşkil edəcək.--17D—
-
- Cəmiyyət
- 7 İyun 2016 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz