Azərbaycanda aktivlərin idarə edilməsi şirkəti yaradılıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AzFinance Asset Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə edilməsi fəaliyyəti məşğul olmaq üçün xüsusi razılıq verib.
Şirkətin nizamnamə kapitalı 150 000 manatdır. O, bu il mayın 20-də Vergilər Nazirliyində qeydiyyata alınıb. Şirkətdə Turan-a deyiblər ki, yeganə təsisçisi “AzFinance İnvest” MMC-dir.
Xayırladaq ki, “AzFinance İnvest” MMC bu il yanvarın 30-da başqa adla (“Gilan Capital”) 1000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınmışdı. Şirkətdə deyiblər ki, MMC “Gilan Holding”in törəməsi deyil.
“AzFinance Asset Management”in direktoru Abid Məmmədov Turan-a deyib ki, şirkətin ilk addımları barədə iyulun sonunda danışmaq olar.
QKDK aprelin 7-də “Azfinance İnvest” MMC-yə QK bazarında broker və diler fəaliyyəti üçün lisenziya verib.
“AzFinance Asset Management” ölkədə ikinci şirkətdir ki, QK bazarında aktivlərin idarə edilməsi ilə məşğul olmaq istəyir. Lisenziya 5 illik, dövlət rüsumu 5 500 manatdır.
2013-cü ilin avqustunda "İnvest Az Asset Management" (nizamnamə kapitalı 125 min manat) belə lisenziya alıb. Şirkət hələlik fəaliyyəti barədə informasiay açıqlamır. 08B
-
- Mədəniyyət
- 3 İyul 2014 13:13
-
- Siyasət
- 3 İyul 2014 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz