Azərbaycanda aktivlərin idarə edilməsi üzrə yeni şirkət yaradılacaq
Azərbaycanın qiymətli kağızlar bazarında sayca ikinci aktivlərin idarə edilməsi üzrə şirkət yaradılacaq. Mayın 20-də Vergilər Nazirliyi “AzFinance Asset Management” şirkətini qeydiyyata alıb.
Dövlət reyestrinin məlumatına görə, şirkətin nizamnamə kapitalı 150 000 manat, direktoru Abid Məmmədovdur. O həm də “Azfinance İnvest” MMC-nin rəhbəridir. Hər iki şirkət eyni ünvanda yerləşir.
Adına görə mühakimə yürütsək, “AzFinance Asset Management” aktivlərin idarə edilməsi üzrə lisenziyaya iddiaçıdır. 2013-cü ilin avqustunda "İnvest Az Asset Management" belə bir lisenziya alıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi aprelin 7-də “Azfinance İnvest”ə QK bazarında broker və diler fəaliyyəti üçün lisenziya verib.
“AzFinance İnvest” MMC bu il yanvarın 30-da başqa adla – “Gilan Capital” kimi 1000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. 08B
-
- İqtisadiyyat
- 4 İyun 2014 08:56
-
- Cəmiyyət
- 4 İyun 2014 11:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz