Azərbaycanda dini ocaqlar pulsuz qaza keçdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən,ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınmışdır. Bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında bildirilir.
Qeyd edək ki, Azərbaycanda buna qədər heç vaxt qazdan pulsuz istifadə edən xüsusi abonent qrupu olmayıb.
Azərbaycan Respublikasında 1834 məscid mövcuddur. Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytında məlumat verilib. Bundan əlavə, Bakıda 3 pravoslav və 1 katolik kilsəsi fəaliyyət göstərir. Həmçinin paytaxtda 2 sinaqoq yerləşir.
Hazırda Azərbaycan daxilində bütün qaz abonentləri üçün bir tarif mövcuddur - 1000 kub metr 100 manat ($128).—12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz