Azərbaycanda faktiki ipoteka yoxdur
Sentyabrın 1-i üçün Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 730 mln 802,42 min manat məbləğində 17 min 997 ipoteka krediti veriblər.
İyunun əvvəli üçün də eyni göstərici olub. Yayda və sentyabrda heç kəs kredit almayıb, yanvar-iyunda isə orta həcmi 50 min manat olan 22 kredit verilib.
Xatırladaq ki, ötən il 97 mln 273,98 min manat məbləğində 2 min 146 kredit verilmişdi.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Artıq kommersiya şərtləri ilə ipoteka kreditləri verilmir. Səbəb bankların maraqlı olmamasıdır. Onlar istehlak (20-40%) və sahibkarlıq (12-18%) kreditlərindən daha çox qazanır.
Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb. --17D—
-
- Cəmiyyət
- 6 Oktyabr 2016 10:38
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 10:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz