Azərbaycanda hasilat tədricən azalacaq – OPEK
2016-cı ilin martında Azərbaycanda neft hasilatı həcmi sutkada 0,84 mln barrel olub. Bu, yanvar və fevraldakından 10 min və 20 min barrel azdır.
2016-cı ilin I rübündə orta hasilat sutkada 0,85 mln barrel olub, deyə OPEK bildirir.
OPEK-in proqnozua görə, 2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 40 min barrel azalaraq 0,82 mln barrel olacaq.
Proqnoz təşkilatın bu il üzrə əvvəlki proqnozu ilə müqayisədə dəyişməyib.
Azərbaycanda neftin çoxu AÇG yatağında hasil edilir.
2015-ci ildə burda Azərbaycan neftinin (41,69 mln ton) 75%-i (31,3 mln ton) çıxarılıb.
Turan-ın məlumatına görə, I rübdə AÇG-də hasilat həcmi sabit – sutkada 650 min barrel olub, apreldən azalma başlayıb.–12В--
-
- İqtisadiyyat
- 16 May 2016 18:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz