Azərbaycanda ilk IPO bu il keçirilə bilər
Azərbaycanda elektron ticarət operatoru “Golden Pay” ASC Azərbaycanda ilk IPO IPO (ilkin kütləvi təklif) yolunda ilk addım atıb – şirkətin səhmlərinin listiqinin təşkilinin bütün iştirakçıları ilə saziş imzalanıb.
16 aprel 2014-cü il tarixində “Four Seasons” mehmanxanasının konfrans mərkəzində kapital bazarında maliyyələşmənin təşviqi məqsədləri üzrə həyata keçirilən “Listinq Məsləhət Proqramı” (LMP) -nın təqdimat mərasimi keçirilib, deyə QKDK İctimaiyyətlə əlaqələr sektoru bildirir.
“Golden Pay” ASC-nin səhmlərinin listinqinə audit şirkəti KPMG, hüquq şirkətləri -Dentons və Baker&McKenzie, broker şirkətləri - Pasha Kapital, Standard Kapital, İnvestAZ və Chealsea Capital cəlb edilib.
BFB tərəfindən təşkil edilən LMP proqramı pulsuz hüquqi, PR, auditor və broker dəstəyini nəzərdə tutur. “Golden Pay” ASC-dən başqa bu proqrama maraq göstərən şirkət yoxdur. “Golden Pay” ASC IPO-ya bu il başlamaq istəyir. Yerləşdirmə parametrləri açıqlanmır.
Bu yaxınlarda QKDK “Golden Pay”ın 571 min manatlıq səhm buraxılışını yerləşdirib. 08D
-
- Siyasət
- 17 Aprel 2014 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz