Azərbaycanda kiçik biznesin inkişafı üçün Amerika krediti
TuranBank World Business Capital Inc (WBC) investisiya şirkəti ilə 10 il müddətinə 7,5 mln ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb.
Kredit kiçik və orta sahibkarlığı maliyyələşdirmək üçün götürülür.
Press-relizdə deyilir ki, bu, TuranBankın World Business Capital-dan aldığı ikinci kreditdir. 2009-cu ildə bank 10 il müddətinə $7,5 mln cəlb etmişdi. O vəsait də kiçik və orta sahibkarlığı maliyyələşdirmək üçün idi..
"TheOverseasPrivateInvestmentCorporation" (OPIC) Overseas Private Investment Corporation (OPIC) – 1971-ci ildə yaradılmış ABŞ dövlət aqentliyidir. Aqentlik Amerika kompaniyalarının ABŞ-dan kənar investisiya yatırmalarına kömək edir, yeni və inkişafda olan bazarların iqtisadi inkişafına dəstək olur, bilavasitə xarici investisiyalarla əlaqədar risklərin idarəedilməsində özəl sektorlara kömək edir və həmçinin ABŞ-ın xarici siyasətini dəstəkləyir. TuranBank 1992-ci ilin iyununda fəaliyyətə başlayıb. Təsisçiləri 28 hüquqi və fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 4 İyun 2014 16:20
-
- Siyasət
- 4 İyun 2014 16:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz