Rusiya Azərbaycandan təkcə kənd təsərrüfatı məhsulları almır
Rusiya sahibkarları Azərbaycandan kabel, plastik borular, yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları, elektron cihazlar, metal konstruksiyalar, polimer məmulatı və s almaqda maraqlıdır.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyakayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Əvvəllər şimal qonşu Azərbaycana miqrasiya və kənd təsərrüfatı məhsulları mənbəyi kimi baxırdı.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir ki, 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Gələcəkdə STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək, işçilərin sayı 10 min nəfərdən çox olacaq. –17D—
-
- İqtisadiyyat
- 4 İyun 2014 16:14
-
- İqtisadiyyat
- 4 İyun 2014 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz