Azərbaycanda Polşa istehsalı olan patrul gəmisi hərracda satılır
Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də hərrac keçirəcək, bu auksionda Polşa istehsalı olan B-98 layihəli “Vixr” tipli sahil patrul gəmisinin ilk cəhddə satışı planlaşdırılır.
Qurum 1986-cı ildə tikilmiş gəmini 1,8 mln manat ($1 mln 58,8 min) qiymətləndirib https://emlak.gov.az/az/news/view/8379-21-dekabr-2023-c%C3%BC-il-tarixind%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1 ƏMDX-nin məlumatına görə http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri/16-menyu-az/9184-b-98-layihaeli-vikhr-tipli-zhaemi, Azərbaycan Dövlət Sərhəd Xidməti bütün istismar müddəti ərzində gəmidə modernləşdirmə və əsaslı təmir işləri aparmayıb. Gəminin cari təmiri 2012-ci ildə, zavod təmiri 2017-ci ildə aparılıb.
Bildirilir ki, 2018-ci ildə gəmidə baş vermiş yanğın nəticəsində baş mühərriklərin və 1 nömrəli dizel generatorun idarəetmə sisteminin elektrik xətləri istismara yararsız hala düşüb. Lakin “Turan” İnformasiya Agentliyi internetdə bu iddianı təsdiqləyən məlumat tapa bilməyib. “Gəminin daxili elektrik lövhə və xətlərinin 50 %-i istismara yararsızdır. Yanğının söndürülməsi zamanı istifadə olunan dəniz suyunun təsiri nəticəsində mərkəzi idarəetmə postunda yerləşən avtomatika-idarəetmə elektrik lövhələri və xətləri sıradan çıxıb. Gəminin göyərtə metalının 70%-dək sahəsinin yenilənməsinə zərurət var”, - auksion təşkilatçısı bildirib.
Dövlət Sərhəd Xidməti də öz növbəsində gəminin orta/əsaslı və ya dok təmirinin aparılmasının iqtisadi cəhətdən məqsədəuyğun olmadığı qənaətinə gəlib. Burada hesablanıb ki, hətta təmir zamanı da ondan səmərəli istifadə əmsalı çox aşağı olacaq.
Rəy yaz