Azərbaycanda turizmin inkişafına dövlət yatırımları 7 dəfə artıb

I Avropa oyunları ilində Azərbaycan hökuməti turizmin inkişafına ayırdığı dövlət vəsaitini 7 dəfə artırıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, bu il turizmin dəstəyi üçün ayrılan birbaşa xərclər 5 mln manat təşkil edəcək. Ötən il bu məqsədlər üçün cəmi 0,7 mln manat ayrılıb.

Bu il Mədəniyyət və Turizm Nazirliyi üç rayonda (İsmayıllı, Qəbələ və Bərdə) yeni Turizm İnformasiya Mərkəzləri açmaq və onların sayını 12-ə çatdırmaq niyyətindədir.

Vəsaitlərin əsas hissəsi altı nüfuzlu xarici telekanalda Azərbaycanın turizm potensialı ilə bağlı reklam roliklərinin göstərilməsinə yönəldiləcək. Bunlar “National Geographic Channel”, “BBC”, “CNBC”, “Travel Cannel”,  "CNN” və “Euronews”dur. 2014-cü ildə ölkəmizin turizm imkanları “TV5 Monde”, “Rossiya 2”, “Moya planeta”, "CNN” və “Euronews” telekanallarında nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 2,5 mln əcnəbi gəlib. 08B

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti