- İqtisadiyyat
- 8 Yanvar 2015, 13:46
- 167
Azərbaycan şimal iqtiqamətində neft ixracını yarıyacan azaldıb
Azərbaycan Bakı-Novorossiysk kəməri istismara veriləndən ilk dəfə neft nəqli milyon tondan az olub (Rusiya tərəfinin təqsirindən 1999-2000-ci illərdəki fasilə nəzərə alınmadan – red.).
ARDNŞ-nin məlumatına görə, 2014-cü ildə Novorossiysk limanında Bakı-Novorossiysk kəməri ilə nəql edilən 932 min 155 ton neft yüklənib. Bu, 2013-cü illə müqayisədə 46,8% azdır.
2014-cü ildə ARDNŞ ayda Bakı-Novorossiysk kəməri ilə 85 min ton neft (ildə 1 mln 20 min ton) nəqlini planlaşdırırdı.
Şimal istiqamətində tədarük niyə azalıb? Bakı-Novorossiysk kəməri ilə ARDNŞ və quruda neft çıxaran əməliyyat şirkətlərinin nefti nəql edilir. Ötən il ölkə daxilində neftə, xüsusən benzinə tələbat kəskin artdı. Ona görə ARDNŞ emal həcmini artırdı.
Görünür, yaxın perspektivdə Bakı-Novorossiysk kəmərinə ehtiyacı olmayacaq. Çenki ölkədə neft məhsullarına tələbat artır. –12В--
-
- İqtisadiyyat
- 8 Yanvar 2015 13:43
-
- İqtisadiyyat
- 8 Yanvar 2015 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz