«Jiqulu» hələ liderdir
Köhnə «Jiqulu» avtomobillərinin gətirilməsinə qadağa qoyulsa da, ölkədəki avtomobillərin çoxu VAZ istehsalıdır.
İcbari Sığorta Bürosunun məlumatına görə, ötən il avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində «Jiqulu» sahibləri ilə 245 min 619 müqavilə bağlanılıb.
İkinci yerdə (161 min 360) Mersedes Benz, 3-cü yerdə Hyundai gəlir (47 min 260). Toyota (36 min 154), Opel – 35 min 483, Ford – 29 min 697, Nissan – 24 min 491, KIA – 21 min 938, Mitsubishi – 20 min 260 və Volkswagen də populyardır – 18 min 536. Qalan 290 min 666 машин başqa markalardandır.
Büronun məlumatına görə, 2014-cü ildə AVSMMİS çərçivəsində 931 min 464 min müqavilə bağlanılıb. Bunun 60 min 88-i minik avtomobilləri, 9 min 974-ü yük avtomobilləri, 1 min 478-i avtobuslar üzrə olub.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 15 sığorta şirkəti büronun üzvüdür. 11 şirkət AVSMMİS çərçivəsində xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 8 Yanvar 2015 13:43
-
- İqtisadiyyat
- 8 Yanvar 2015 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz