Azərbaycanın İT şirkəti Qazaxıstanda tenderin qalibi olub
Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin elan etdiyi tenderin qalibi olub.
Tenderdə Rusiyanın “BARS Group” şirkətinin də iştirak etdiyi konsorsiumun rəhbəri “Cybernet” şirkəti ilə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.
“Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində saziş bağlanılıb. Sistem tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.
Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcək.
«Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intelektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaq”, deyə şirkətin rəhbəri İlham Namazov bildirib.
2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un İT sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri təklif etməkdədir. 08D
-
- İqtisadiyyat
- 12 Dekabr 2016 12:03
-
- Siyasət
- 12 Dekabr 2016 12:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz