Azərbaycanın xarici ticarət dövriyyəsi 18,9% azalıb
2016-cı ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $15 mlrd 781 mln 300 min olub. Bu, ötən ilin eyni dövründəkindən 18,9% ($3 mlrd 686 mln 294 min 900) azdır.
Turan Dövlətstatkoma istinadən bildirir ki, ixarc $9 mlrd 579 mln 800 min, idxal $9 mlrd 201 mln 500 min olub. İl ərzində ixrac 25% ($3 mlrd 309 mln 280 min), idxal 5,7% ($377 mln 12 min) azalıb.
Xarici ticarət dövriyyəsinin müsbət saldosu $3 mlrd 378 mln 300 mindir.
Azərbaycan dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.
Ticarət dövriyyəsinin 38,3 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 49,6 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. 71D
-
- Siyasət
- 15 Noyabr 2016 18:06
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 18:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz