Dövlətstatkomun hiyləgər rəqəmləri
Dövlətstatkom bildirir ki, ilin 9 ayında mal və xidmət istehlakçıları 23,9 mlrd manat xərcləyib. Bu, mütləq rəqəmlərlə ötən ilin eyni dövründəkindən 2,1% çoxdur. Amma əslində dekabr devalvasiyası nəzərə alınanda (38%) əhalinin ödəniş qabiliyyəti azalıb.
Pərakəndə dövriyyənin 49,8%-i ərzaq, içki və tütün məmulatına (+3%), 17,5% paltar və ayaqqabıya, 6,6% elektrik malları və mebelə, 5,7% avtomobil yanacağına, 1,4% əczaçılıq mallarına, 0,8% kompüterlərə, İKT və çap məhsullarına, 17,9% digər mallara xərclənib.
Ekspertlər bu metodologiyanı düzgün saymır. Çünki iki dəfə devalvasiya nəticəsində inflyasiya güclənib və aztəminatlılar ərzağa daha çox vəsait xərcləyir. Orta təbəqə isə «artıq» əmlak və «lazımsız» biznesini satır.
Dövlətstatkom eləcə də ümumi göstəriciləri yazır, sosial təbəqələr üzrə dərəcələrə bölmə aparmır. --17D—
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 18:12
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 18:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz