İnflyasiya 11,6% təşkil edib
Bu ilin 10 ayında Azərbaycanda istehlak qiymətləri orta hesabla 11,6% artıb, Dövlət Statistika Komitəsi bildirib.
Yanvar-oktyabr aylarında illik hesablamada ərzaq malları 13,4%, qeyri-ərzaq malları 16,3%, əhaliyə xidmətlər 5,4% artıb.
Oktyabrda inflyasiya 1,3% təşkil edib. O cümlədən, ərzaq malları üzrə 2,3%, qeyri-ərzaq malları - 1,1%, xidmətlər– 0,2% təşkil edib.
2012-ci ildən Azərbaycanda inflyasiyanın alternativ hesablanması aparılmır. Müstəqil araşdırmaçılar və siyasi xadimlər qeyd edirlər ki, 2015-ci ildə milli valyutanın iki dəfə devalvasiyasından sonra istehlak bazarında qiymətlər 30%-dən 50% -dək təşkil edir. 08D
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 18:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz