Azercell-dən pulsuz data nömrə və 5GB internet hədiyyə
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un abunəçilərinə təqdim etdiyi yeniliklər davam edir. Şirkət bu dəfə 4,6 milyonluq abunəçi ailəsi üçün yeni Samsung planşet kampaniyasına başlayır. 3 iyun-3 avqust 2015-ci il tarixləri arasında, Integral şirkətilə birgə təqdim olunan bu kampaniya abunəçilərə bir sıra üstünlük qazandırır. Belə ki,kampaniya çərçivəsində müvafiq İntegral satış məntəqələrindən planşet əldə edən müştəri 5GB internet hədiyyə qazanacaq.Özü də 5GB internet heç bir şərt olmadan abunəçiyə təqdim edilir. Bundan əlavə,5GB balansla yanaşı, Samsung planşeti alan müştərilərə pulsuz Azercell data nömrə də hədiyyə olunur.Hədiyyə olunan 5GB internetin istifadə müddəti 30 gündür. Qeyd edək ki, kampaniyada 35-dən çox planşet modelləri iştirak edir. Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz