Azercelli gəlirləri azalıb
“Azercell Telekom” MMC 2016-cı ilin maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, mobil operatorun gəlirləri (392 mln manat) 4,4% azalıb.
Ötən il əsasən xərclərin 21,7% artması ilə bağlı şirkətin mənfəəti 134,7 mln manat olub. Bu, əvvəlki ildəkindən 184 mln manat azdır.
Maraqlıdır ki, Azercell 52,3 mln manat mənfəət vergisi ödəyib. Bu, mənfəətin 39,5%-dir. Halbuki bu verginin dərəcəsi 20%-dir.
Bu ilin əvvəli üçün Azercell-in aktivləri 1 mlrd manata yaxınlaşıb. Şirkətin bölünməmiş mənfəəti 806 mln manatdır.
“Azercell Telekom” MMC “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş” (Türkiyə) məxsusdur. Bu şirkətdə əsas pay İsveçin “Telia Company” şirkətinə məxsusdur.—08D--
-
- Cəmiyyət
- 14 Mart 2017 12:44
-
- İqtisadiyyat
- 14 Mart 2017 12:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz