«AzeriCard» prosessinq mərkəzi regional nümayəndəlik açıb
Öz tərəfdaş banklarına təqdim olunan xidmətlərin daha operativ və keyfiyyətli göstərilməsi və bölgələrdə nəğdsiz kart əməliyyatların və ümumi kart sektorun inkişafı məqsədi ilə “AzeriCard” prosessinq mərkəzi Azərbaycanda ilk dəfə olaraq regional nümayəndəliyini Gəncə şəhərində yaradıb. Mərkəzdən verilən məlumata görə, regional nümayəndəliyin açılması kart buraxılışı prosesinin əhəmiyyətli dərəcədə sürətləndirilməsini, kartın öz sahibinə qısa müddət ərzində çatdırılmasını təmin edəcək. Regional nümayəndəlik şəbəkəsinin inkişafı şirkətimizin əsas prioritet istiqamətlərindən biridir.
Növbəti mərhələdə respublikanın digər regionlarında da nümayəndəliklərin yaradılması planlaşdırılır və bunun sayəsində kart sahəsini təşkil edən bütün xidmətlərin artırılması təmin olunacaq.—15D--
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 13:27
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz