SKMF Mərdəkanda prioritet kreditləşmə sahələrini müəyyən edib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunun Mərdəkan qəsəbəsində prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.
Nazirliyin məlumatında deyilir ki, burada müsir çörək zavodu, kiçik istixana təsərrüfatlarının yaradılması üzrə layihələr qəbul ediləcək.
Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 250 mln manata çatacaq. İlin əvvəlindən 3760 investisiya layihəsinin maliyyələşməsinə 249 mln manat ayrılıb. --15D-
-
- Siyasət
- 4 Noyabr 2013 12:34
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 13:29
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və Albaniyanın qaz şirkəti Albgaz 29-cu BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində bazar günü Bakıda Anlaşma Memorandumu (MoU) imzaladılar.
-
Gürcüstan Baş nazirinin birinci müavini və İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, Azərbaycanın yaşıl enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və Bolqarıstana çatdırılmasını nəzərdə tutan "Yaşıl Enerji Dəhlizi" layihəsi investisiya qiymətləndirmə mərhələsinə daxil olub.
-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın Italgas şirkəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində bazar günü enerji keçidini sürətləndirmək məqsədilə əməkdaşlıq sazişi imzalayıb.
-
Türkiyə 2053-cü ilə qədər karbon neytrallığına nail olmağı və iqtisadiyyatının əsas sahələrini "sıfır tullantılar və yaşıl inkişaf" vizyonu əsasında transformasiya etməyi hədəfləyir, deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29-da bazar ertəsi bildirib.
Rəy yaz