"Azərikimya" və Technip Etilen-propilen zavodunun yenidənqurması üzrə saziş imzalayacaq
"Azərikimya" və İtaliyanın Technip Italy şirkəti noyabrın 5-də Etilen-propilen zavodunun yenidənqurması üzrə EPC-saziş (Engineering, Procurement and Construction) imzalayacaq, deyə SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
"Bundan başqa, SOCAR-KBR/KBR şirkətlər (ABŞ) alyansı arasında saziş imzalanacaq. SOCAR-KBR/KBR alyansı müqaviləsi çərçivəsində "Azərikimya"ya idarəetmə və konsaltinq xidmətləri göstəriləcək" - SOCAR rəsmisi qeyd edib.
Zavodun yenidən qurulması çərçivəsində köhnə qurğular yenilənəcək, yeni qurğular tikiləcək. Nəticədə "Azərikimya"nın istehsal gücü artacaq. Zavod bu məhsula olan yerli tələbatı təmin edəcək, ixrac potensialı artacaq.
Technip şirkəti neft və qaz sənayesi obyektlərinin tikintisi və injinirinq işlərinə rəhbərlik üzrə dünya liderlərindəndir. –0—
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 13:34
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz