«Şahdəniz» yatağından 76 mlrd kubmetr qaz çıxarılıb
İndiyədək “Şahdəniz” yatağından 76 mlrd kubmetr qaz çıxarılıb, deyə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"2006-cı ilin sonundan 2016-cı ilin noyabrına kimi “Şahdəniz” yatağından 76 mlrd kubmetr qaz, 19 mln ton kondensat çıxarılıb. Sutkada yataqdan 28-29 mln kubmetr qaz, 6 min ton kondensat çıxarılır ", - deyə o qeyd edib.
“Şahdəniz” yatağı üzrə saziş 4 iyun 1996-cı ildə imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (28,8%), Petronas (15,5%), SOCAR (16,7%), «ЛУКОЙЛ» (10%), NICO (10%) və TPAO (19%). –12D—
-
- Siyasət
- 4 Noyabr 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz