"Azəriqaz": Nardaranda 500 abunəçi qazla təmin edilib
Dekabrın 12-dən etibarən Nardaran qəsəbəsindəki 500-ə qədər abonentə qaz verilib. Bunu "Report"a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, qaz verilişi abonentlərlə bağlanmış fərdi müqavilə əsasında mümkün olub:
""Orada bəzi qanunsuz birləşmələr var idi. Həmin birləşmələr təmizləndi və abonentlərin evlərinə texniki baxış keçirildi. Bundan sonra isə onlara qaz verilib. Təmizləmə işləri və texniki baxış davam etdirilir. Bir neçə günə abonentlərimizin bir qismi də qazla təmin olunacaq".
"Azəriqaz"ın məlumatına görə, Nardaranda 1900-dən çox abunəçi var. Borclu abunəçilər mütləq şəkildə borclarını ödəməlidir:
Bəziləri borcu yerində ödəyir. Bəzi abonentlərə isə borcları ödəmək üçün müəyyən vaxt verilir.
Qeyd edək ki, noyabrın 28-də Nardaran qəsəbəsində yaşayanların borca görə qazı kəsilmişdi. –12D--
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 12:22
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz