"Azəristiliktəchizat" ASC borcunu ödəyir
"Azəristiliktəchizat" 2015-ci ilin sonuna kimi "Azəriqaz" İstehsalat Birliyinə olan borcunun 5 mln manatını ödəyəcək. Bu barədə "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev bildirib.
“2015-cü ildə "Azəriqaz" 13 mln manatlıq qaz satıb. "Azəristiliktəchizat"ın borcu 8,4 milyon manat təşkil edir. Bu məbləğin 3 milyonu artıq ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir”.
O həmçinin deyib ki, 2011-2014-cü illər üzrə borcun ödənilməsi məsələsi də həllini tapıb. «Borcun ödənilməsi qrafiki müəyyən edilib. Bundan sonra qazanxanalara mavi yanacağın verilməsində məhdudiyyət olmayacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu var. –12В--
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz