9 ayda AÇG-də neft hasilatı 4 mln barrel azalıb
BP-Azerbaijan şirkəti 2015-ci ilin 9 ayında AÇG blokundan 23,6 mln ton və ya 175 mln mln barrel neft çıxarıb. Ötən ilin eyni dövründə bu göstərici 24,2 mln ton və ya 179 mln barrel olub. Bu barədə BP-Azerbaijan şirkətinin hesabatında bildirilir.
Göründüyü kimi, hasilat 600 min ton və ya 4 mln barrel azalıb.
Sutkalıq orta hasilat 640 min barrel olub. Bu, ötən ilin eyni dövründəkindən 15,7 min barrel azdır.
2014-cü ildə BP-Azerbaijan şirkəti AÇG blokundan 31,5 mln ton, 2013-cü ildə 32,2 mln ton neft çıxarıb.
2015-ci il sentyabrın sonunda 88 istismar və 42 texniki quyudan hasilat olub. Bir il əvvəl bu göstərici 77 və 36 idi.
Müqavilədə pay bölgüsü belədir: BP - 35,78%, Chevron - 11,27%, Inpex - 10,96%, SOCAR - 11,65%, Statoil - 8,55%, Exxon – 8%, ТРАО - 6,75%, Itochu - 4,3% və ONGC - 2,72%. –12B--
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 12:40
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 12:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz