«AzərTürk Bank» ASC-nin rüblük balansı
«AzərTürk Bank» ASC aprelin 1-ə olan balansının vəziyyəti barədə
(http://azerturkbank.az/wp-content/uploads/2015/05/Balans-hesabat%C4%B1-01.04.15.pdf) hesabat yerləşdirib.
Bankın kredit portfeli 29% artaraq 268 mln 677,43 min manat, məcmu aktivlər 30% artaraq 382 mln 443,78 min manat, öhdəliklər (uzunmüddətlilər də daxil) 325 mln 930,39 min manat olub.
Xüsusi kapital 56 mln513,39 min manat (+3,6%), nizamnamə kapitalı 50 mln manat təşkil edib.
Bankın depozitləri 76 mln 383,98 min manatdır (+54,7%). AMB-də müxbir hesabında 35,91 mln, başqa banklarda 18,45 mln manat vəsait var.
«AzərTürk Bank 1995-ci ildə yaradılıb. Səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), ZiraatBank (12,37%), "AzRe Təkrarsığorta" (6,55%), "Qala Həyat Sığorta" (5%) və ZiraatBank Internationaldır (1,08%). --17D—
-
- İqtisadiyyat
- 20 May 2015 16:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz