AzFenin xalis mənfəəti 35.4% artıb
Azərbaycan-Türkiyə tikinti-mühəndis birgə müəssisəsi “AzFen” (SOCAR-60%, Tekfen İnshaat ve Tesisat A.S - 40%) 2014-cü ildə 270 mln manatlıq tikinti işləri görüb. Bu, əvvəlki ildəkindən 2 dəfə çoxdur. Şirkət əsasən BP-nin “Şahdəniz” terminalının genişləndirilməsi sifarişini yerinə yetirib.
Şirkətin maliyyə hesabatına əsasən (auditor DRT, Türkiyə), ötən il şirkətin ümumi mənfəəti 38,1 mln manat olub. Bu, 2013-cü ildəkindən 11,5 mln manat çoxdur. Əlavə xərclərə ümumi və inzibati (2 428 min manat, +1,5%), sosial (5 282 min manat, +64,3%) və əməliyyat xərcləri (1 524 min manat, + 3,4 dəfə) daxildir. Beləliklə, AzFen-in vergi ödənişinə qədər mənfəəti 22,8 mln manat olub. Ötən il şirkət 6,8 mln manat mənfəət vergisi ödəyib. Bu, 2013-cü ildəkindən 2,5 mln manat çoxdur.
2014-cü ildə şirkətin xalis mənfəəti 35,4% artaraq 22 mln manat olub.
2013-2014-cü illərdə AzFen təsisçiləri 10,2 mln və 16,3 mln manat mənfəəti bölüb. İl ərzində balans göstəricisi iki dəfə artaraq 124 mln manata çatıb, amma təsisçilərin kapitalı cəmi 55 mln manatdır (+11,6%).
Ötən il əsas vəsaitlərin alınmasına 14 mln manat xərcləyib.
AzFen (1996-cı ildə təsis edilib) Azərbaycanda maliyyə hesabatını beynəlxalq mühasibat standartlarına uyğun hazırlayan 28 kommersiya subyektindən biridir. 08B
-
- Söz istəyirəm
- 9 İyul 2015 11:59
-
- İqtisadiyyat
- 9 İyul 2015 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz