Azpetrol yeni baş direktorun adını açıqlamağa hazırdır (YENİLƏNİB)
Azpetrol Ltd. şirkətinin yeni baş direktoru vəzifəsinə şirkətin yüksək vəzifəli əməkdaşı Ceyhun Məmmədov təyin edilib. Yeni təyinat haqqında hələlik rəsmi məlumat yoxdur.
Ötən şənbə Azpetrol bildirib ki, şirkətə 10 il rəhbərlik edən keçmiş baş direktor Hüseynağa Rəhimov tutduğu vəzifədən elmi fəaliyyətini davam etdirmək məqsədilə öz istəyi ilə azad edilib.
Azpetrol şirkəti 1998-ci ildə yaradılıb və Azərbaycanda ən geniş YDM şəbəkəsinə malikdir. Şirkətin 78 YDM və 5 qazdoldurma stansiyası var. -0-
2015 Dekabr 07 (Bazar ertəsi) 11:56:23
Ötən şənbə günü “Azpetrol” neft şirkətinin baş direktoru Hüseynaga Rəhimov istefa verib. Bu barədə şirkətin məlumatında deyilir.
“H.Rəhimov elmi fəaliyyətini davam etdirmək məqsədilə öz xahişilə tutduğu vəzifədən azad edilib”, - məlumatda vurğulanır.
Hazırda “Azpetrol” Azərbaycanda ən geniş yanacaqdoldurma şəbəkəsinə malikdir. Şirkətin 78 yanacaqdoldurma və 5 qazdoldurma stansiyası var.
“Azpetrol” 1998-ci ildə yaradılıb. H.Rəhimov 2005-ci ildən şirkətin baş direktoru postunu tutub. Bundan öncə maliyyə direktoru olub. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz