AZSIĞORTA-nın xəbərdarlığı
Bu ilin 9 ayında «Azsığorta» şirkəti ağır xəsarət və əlilliklə nəticələnən yol-nəqliyyat hadisələri üzrə 205 min manat sığorta ödənişləri edib.
Şirkətdən verilən məlumata görə, ilin 9 ayı ərzində ölüm ilə nəticələnən 30-dan çox hadisə baş verib, 57 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu hadisələr üzrə isə sığorta ödənişləri 124 min manat təşkil edib.
Şirkət hava şəaiti ilə bağlı qəzaların çox olduğu mövsümün başlanmasını nəzərə alaraq, həm sürücülərə, həm də piyadalara sadə təhlükəsizlik qaydaların yerinə yetirilməsinin vacibliyini xatırladır.
Sığortaçının təcrübəsinə əsasən, sürücülər, yol hərəkəti qaydalarına və sürət rejiminə riayət etmir, təhlukəsizlik kəmirindən istifadə etmir; yağış, qar, buz, duman və güclü külən kimi hava şəraitini nəzərə almayaraq, sürəti azaltmırlar; avtomobilin texniki vəziyyətinə, ilk növbədə, təkrlərin, əyləc sisteminin, şassinin, şüşəsilənlərin və faraların vəziyyətinə diqqət vermirlər; piyadalar, yol keçərkən yeraltı və piyada keçidlərdən istifadə etmirlər, həmçinin, çətin hava şəraitində nəqliyyat vasitələrin sürətini və əyləc məsafəsini düzgün qiymətləndirmirlər.
Bununla nəzərə alaraq, Azsığorta həm sürücüləri, həm də piyadaları son dərəcədə diqqətli olmağa və ortada insan həyətlarının olmasını unutmamağa çağırır. --17D—
-
- İqtisadiyyat
- 9 Noyabr 2015 10:06
-
- Siyasət
- 9 Noyabr 2015 11:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz