Bakı aeroportu 3 milyon sərnişinə xidmət göstərib
Bu ilin noyabrında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
2016-cı ilin 11 ayı ərzində Bakı aeroportu 3 milyon sərnişinə xidmət göstərib. 1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri "Azərbaycan Hava Yolları"nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16 %-ni və ya AZAL-ın sərnişin daşımalarının 27%- ni təşkil edir.
Bu müddətdə yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubay və Kiyevə olub. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb.
Qeyd edək ki, 2016-cı ildə "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo", "Mahan Air", "Komaviatrans" aviaşirkətləri və Rusiyanın "Pobeda" lou-kosteri Azərbaycana uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprelində istifadəyə verilib.08D
-
- İqtisadiyyat
- 8 Dekabr 2016 12:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz