Valyuta hərracında dolların məzənnəsi yüksəlməyə davam edir
Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi yenidən bahalaşıb.
Turan-ın məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 məzənnəsi ilə başlayıb və 1,7414 məzənnəsi ilə yekunlaşıb.
Oktyabrın ortalarından başlayaraq dolların və avronun məzənnəsi durmadan artır, yeni rekordlara yüksəlir.
Kommersiya banklarının böyük əksəriyyəti xarici valyuta satmır. Əhali dolları əsasən qara bazardan alır, burada dolların qiyməti rəsmi məzənnədən 8-10 qəpik yuxarı olur. –71D-
-
- İqtisadiyyat
- 8 Dekabr 2016 12:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz