Bakı Beynəlxalq Hava Limanı rekord sayda sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib. Bu, Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.
2016-cı ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti məlıumat verir.
Sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşür.
Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxildir.
İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.
2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetrdir. 08D
-
- Mədəniyyət
- 9 Yanvar 2017 11:33
-
- Cəmiyyət
- 9 Yanvar 2017 12:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz