Bakı Çayçəkci Fabriki rəmzi qiymətlə satışa çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Çayçəkici” ASC-nin səhmlərinin 93,96%-i yenidən investisiya müsabiqəsinə çıxarıb. Müsabiqə elanından görünür ki, 3,92 ha ərazi tutan müəssisə öncədən izah verilmədən bakının mərkəzindən Bakıxanov qəsəbəsinə köçürülüb.
Bakı Çayçəkci Fabriki 1966-cı ildə istismara verilib və son vaxtacan Nəsimi rayonu K. Səfərəliyev,24 ünvanında olub. İndi onu Sabunçu rayonuna (Bakıxanov qəsəbəsi, Qocayev küç, 21) atıblar. Görünür, kimsə müəssisənin ərazisinə göz dikib.
ƏMDK mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, baş verənlərin səbəbi araşdırılacaq.
ƏMDK investorlardan profili dəyişməməyi tələb edir. Yüksək keyfiyyətli çay istehsalı üçün investorlardan müvafiq investisiya proqramı ilə yanaşı dövlət büdcəsinə 150 000 manat köçürmək tələb edilir.
Ərizə və təkliflər 4 sentyabra kimi qəbul edilir.
“Bakı Çayçəkici” ASC-nin nizamnamə kapitalı 171 740 manatdır. Müsabiqəyə 80 680 səhm çıxarılıb. Fabrikdə 14 nəfər çalışır. 1 iyun üçün müəssisənin öhdəlikləri 169,2 min manat olub. Səhmlərin 6,04%-i əmək kollektivinə məxsusdur. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz