Bakı Fond Birjasının korporativ saytı yenilənib
Noyabrın 15-də Bakı Fond Birjası QSC öz korporativ saytını (Azərbaycan və ingilis dillərində) yeniləyib, onun kontentini yeni bölmələrlə genişləndirib.
Sayt 6 bölmədən ibarətdir. Bu bölmələrdə birjanın korporativ strukturundan və onun üzvlərindən, birja alətlərindən, qiymətli kağızların emitenti, birja statistikasından danışılır.
2010-cu ildən ilk dəfə olaraq BFB audit edilmiş illik maliyyə hesabatını yerləşdirib. Hesabata görə, 2014-cü ildə onun əməliyyat daxilolmaları 20,1% artaraq 1 mın. 56 min manat təşkil edib. Lakin əməliyyat xərcləri (1 mln. 164 manat) nəzərə alınmaqla birjanın zərəri 107 min manat təşkil edib. Birja yalnız banklarda saxlanılan 2 mln. 240 min manat həcmində aktivlərin hesabına mənfəət əldə edib.
204 min manat həcmində faiz gəlirləri əldə edilib. Həmin vəsaitin hesabına mənfəət vergisi nəzərə alınmaqla 2014-cü ildə BFB-in xalis mənfəəti 54,6 min manat təşkil edib.
BFB 2000-ci ildə təsis edilib. Nizamnamə kapitalı 1 260 000 manat təşkil edir. Birjanın səhmi (6300 ədəd) 20 şirkət arasında bölünüb. 13 şirkət BFB-in üzvüdür.
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 14:06
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz